İstanbulda zəlzələdən sonra 10 avterşok olub - VİDEO

   İstanbulda zəlzələdən sonra 10 avterşok olub    - VİDEO
  23 Aprel 2025    Oxunub:464
Xəbər verdiyimiz kimi İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib.
Zəlzələdən sonra 10 yeraltı təkan-avterşok olub. Bu barədə TASS məlumat yayıb.

İstanbulda ard-arda bir neçə güclü zəlzələ olub I VİDEO
Təkanlar əsasən 3 ilə 4 bal gücü arasında dəyişib. Zəlzələnin əsas gücünün Mərmərə dənizinə düşdüyü bildirilir.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin(AFAD) yaydığı məlumatda bildirilir ki, yeraltı təkanların episentri İstanbulun Silivri rayonunun ərazi suları daxilindədir:"6,2 bal gücündə zəlzələ saat 12:49-da baş verib. Saat 12:51-də 5,9 bal gücündə zəlzələ qeydə alınıb. Ondan sonra 4,4, 4,8, 4,5 və 4,9 bal gücündə təkanlar baş verib. Sonradan onların gücü 3,4 - 3,1-ə düşməyə başlayıb. Hazırda zəlzələlər davam edir".

İstanbul meriyasının məlumatında qeyd edilib ki, hazırda şəhər rəhbərliyinə ciddi fəsadlar barədə heç bir bildiriş daxil olmayıb.
İstanbul Vilayəti Valiliyi də öz növbəsində hələlik vətəndaşlara dəymiş ziyanla bağlı məlumatın olmadığını bildirib.
Yerli mətbuatın məlumatına görə, İstanbulda mobil rabitə və internetə çıxışda problemlər yaranıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Zəlzələ   İstanbul  





Xəbər lenti