Astana: “Rusiya ilə müharibədən söhbət gedə bilməz”

      Astana:    “Rusiya ilə müharibədən söhbət gedə bilməz”
  24 Aprel 2025    Oxunub:375
Rusiya Qazaxıstanın “strateji tərəfdaşı” olaraq qalır. Bu yaxınlarda qəbul edilmiş “Ərazi müdafiəsi haqqında” qanun sırf daxili təhlükəsizliyi gücləndirməyə yönəlib və anti-Rusiya xarakteri daşımır.
AzVision.az bildirir ki, Qazaxıstanın Müdafiə nazirliyi bir sıra KİV-lərdə yayılan, qurumun yalan və çaşdırıcı adlandırdığı nəşrləri şərh edərkən belə açıqlama verib.

“Rusiya KTMT, MDB, ŞƏT və Aİİ çərçivəsində mehriban qonşuluq və müttəfiqlik münasibətlərimiz olan Qazaxıstanın strateji tərəfdaşıdır. “Ərazi müdafiəsi haqqında” qanun layihəsinin guya anti-Rusiya yönümlü olması ilə bağlı deyilənlər reallığa uyğun gəlmir və baş verənləri təhrif edir”, - Qazaxıstanın Müdafiə nazirliyinin bəyanatında vurğulanır.

“Ərazi müdafiəsi haqqında” qanun 2025-ci ilin aprelində Qazaxıstan Parlamentinin Məclisi tərəfindən qəbul edilib. Sənəd hərbi vəziyyət dövründə könüllü özünümüdafiə dəstələrinin formalaşdırılmasını nəzərdə tutur.

Qeyd edək ki, Qazaxıstan Parlamentinin Məclisi tərəfindən bu ay qəbul edilmiş “Ərazi müdafiəsi haqqında” qanun hərbi vəziyyət dövründə könüllü özünümüdafiə bölmələrinin formalaşdırılmasını nəzərdə tutur. Bu birləşmələr strateji obyektlərin mühafizəsi, müdafiə strukturlarının tikintisi, təxliyyələrin təşkili və digər vəzifələrə cavabdeh olacaqlar və lazım gələrsə, döyüş tapşırıqlarını yerinə yetirmək üçün Silahlı Qüvvələrin sıralarına daxil edilə bilərlər. İndi qanun layihəsi təsdiqlənmək üçün ölkə parlamentinin yuxarı Palatası olan Senata göndərilir.

Qanun qəbul olunmasından sonra bir sıra xarici və regional media resursları Qazaxıstanın Rusiya ilə müharibəyə hazırlaşdığını iddia etməyə başladılar. Çünki qanuna əlavələrə görə, Rusiya ilə sərhəddə ən böyük ərazi müdafiə qruplarından birinin yerləşdiriləcəyi bildirilir. Eyni zamanda, Qazaxıstanla Rusiya arasındakı sərhəd 7,5 min km-dən çox olan dünyada ən uzun quru sərhədidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Qazaxıstan   Rusiya  





Xəbər lenti