TDT Azərbaycanın Virtual Kosmik Akademiya yaratmaq təşəbbüsünü dəstəkləyib

TDT Azərbaycanın Virtual Kosmik Akademiya yaratmaq təşəbbüsünü dəstəkləyib
  23 Aprel 2025    Oxunub:390
Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın Virtual Kosmik Akademiya yaratmaq təşəbbüsünü dəstəkləyib.
AzVision.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşündə deyib.

“Biz qəti şəkildə inanırıq ki, türk dövlətləri arasında potensialın artırılması və təhsil kosmik əməkdaşlığın əsas sütunlarıdır. Bu baxımdan biz Azərbaycanın Virtual Kosmik Akademiya və ölkələrimiz arasında güclü bilik bazasının yaradılmasına yönəlmiş GIC təlim proqramlarının işə salınması təşəbbüsünü dəstəkləyirik. Bu proqramlar gəncləri və mütəxəssisləri sahəni öyrənməyə kömək edəcək, kosmos elminə ictimai marağı artırmaq məqsədimizə töhfə verəcək”, - deyə Kubanıçbek Ömüralıyev bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti