Lavrov: “Rusiyanın səbrini sınağa çəkməyin”
“Biz nüvə silahından istifadənin riskləri məsələsini qızışdırmaq istəmirik, biz qətiyyətlə nüvə müharibəsində qalibin ola bilməyəcəyi düsturundan çıxış edirik. Amma mən heç kimə məsləhət görməzdim ki, bizim səbrimizi, qanuni milli maraqlarımızı bütün vasitələrlə müdafiə etmək əzmimizi sınasın. Həqiqətən ümid edirik ki, qulağı olanlar eşidəcək, beyni olanlar anlayacaq”, - Lavrov vurğulayıb.
O, həmçinin Rusiya prezidenti Vladimir Putinin Ukrayna ətrafında vəziyyətin nizamlanmasına dair sülh təkliflərinin ilkin şərt olmadığını diqqətə çatdırıb. Onun szölərinə görə, Putinin təklifləri beynəlxalq hüquq normalarından qaynaqlanır.
- Rusiya danışıqlardan imtina etmir. Biz heç vaxt danışıqları tərk etmirik və prezident bunu bir neçə dəfə vurğulayıb. Amma biz ciddi, konkret təkliflər görmək istəyirik. Rusiyanın bu təkliflərə reaksiyası isə milli maraqlardan asılı olacaq”, - Rusiya XİN-in rəhbəri “Rossiya 1” telekanalına müsahibəsində deyib.
Qeyd edək ki, bir neçı gün əvvəl Vladimir Putin mətbuat konfransı ilə ümumi rejimda keçirdiyi canlı xəttdə Moskvanın Ukrayna ilə danışıqlara başlamaq üçün ilkin şərtləri olmadığını bildirmişdi.
Sahil İsgəndərov
AzVision.az