Məscidlərdə təyyarə qəzası qurbanlarının xatirəsi anılacaq

   Məscidlərdə təyyarə qəzası qurbanlarının xatirəsi anılacaq
  25 Dekabr 2024    Oxunub:357
Azərbaycan məscidlərində Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi anılaca q.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Qeyd edilib ki, qəzada həlak olanların xatirəsi yad ediləcək, onların ruhları üçün dualar oxunacaq. QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə mərhumların doğmalarına və yaxınlarına başsağlığı verib, onlara səbr diləyib, yaralananların tezliklə şəfa tapmasını arzuladığını diqqətə çatdırıb.

Xatırladaq ki, bu gün səhər saatlarında baş verən qəzadan hava gəmisində olan 67 nəfərdən 32-si sağ çıxıb. Azərbaycan Prezidenti İlham Əliyev hadisə ilə əlaqəli dekabrın 26-da ölkədə matəm elan edilməsi üçün Sərəncam imzalayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti