Zelenski: "Krım bizim ərazimizdir, Ukrayna xalqının ərazisidir"

      Zelenski:    "Krım bizim ərazimizdir, Ukrayna xalqının ərazisidir"
  22 Aprel 2025    Oxunub:327
“Ukrayna Krımın Rusiya tərəfindən hüquqi baxımdan işğalını tanımır.”
AzVision.az xəbər verir ki, Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Danışmağa heç bir mövzu yoxdur. Bu, bizim Konstitusiyamızın hüdudlarından kənardadır. Bu bizim ərazimizdir, Ukrayna xalqının ərazisidir”, – deyə o, vurğulayıb.

Zelenski əlavə edib ki, Krım və digər suveren ərazilər haqqında danışmağa başlayan kimi, danışıqlar Rusiyanın istədiyi formata daxil olur.

“12 ildir müharibə aparırıq – bu artıq bir cavabdır: ümumiyyətlə Rusiya ilə razılaşmaq mümkündürmü? Bu ritorik sualdır. Rusiya ilə tez razılaşmaq mümkündürmü? Xeyr. Təzyiq olmadan – bu qeyri-mümkündür”, – deyə Zelenski bildirib.

Onun sözlərinə görə, başqa ABŞ olmaqla bütün dünya tərəfindən Rusiyaya təzyiq olmalıdır.

AzVision.az



Teqlər:





Xəbər lenti