Rubio Londona Zelenskiyə görə getməyəcək - "NYT"

   Rubio Londona Zelenskiyə görə getməyəcək    - "NYT"
  23 Aprel 2025    Oxunub:434
ABŞ dövlət katibi Marko Rubio Londona səfərdən imtina edib.
Bu fikirlər "The New York Times"da dərc olunan məqalədəndir.

Rubio qətərli həmkarı ilə görüşüb
"Rubionun bu gözlənilməz qərarına baxmayaraq, ABŞ nümayəndə heyəti Londondakı görüşdə iştirak edəcək. Dövlət Departamenti prezidentin Ukrayna üzrə xüsusi nümayəndəsi general Keyt Kelloqun iştirakını təsdiqləyib. Rusiya üzrə xüsusi nümayəndə Stiven Uitkofun da toplantıda iştirakı gözlənilir. Lakin onun iştirakı hələlik təsdiqlənməyib".- nəşr yazıb.

Qeyd edilib ki, aprelin 23-də Londonda ABŞ-nin Qərb müttəfiqləri ilə Ukraynada atəşkəsə dair danışıqlar planlaşdırılmışdı. Lakin Rubio Böyük Britaniyaya tarixi səfərini ləğv edib. Qərar ABŞ-nin Krımın Rusiya ərazisi kimi tanınmasına dair təklifi ilə əlaqələndirirlir. Belə ki, Ağ Ev rəsmisinin Krımla bağlı təklifləri rədd edən Volodimir Zelenskinin bəyanatları fonunda səfəri ləğv etməsi təsadüfi deyil. Məlumata görə Londonda ABŞ-ni digər rəsmilər təmsil edəcək.

Avropa xarici işlər nazirliklərinin rəhbərlərinin Ukrayna ilə bağlı danışıqlar aparmaq niyyəti bir neçə gün əvvəl açıqlanıb. Toplantıya Kiyevdən nümayəndələrin dəvət edilməsi də nəzərdə tutulmuşdu. Ehtimal olunurdu ki, konfransda digər məsələlərlə yanaşı, münaqişənin həlli məsələsi də müzakirə olunacaq. Xarici KİV-in yaydığı məlumata görə, hətta ABŞ öz sülh planını ultimatum şəklində təqdim etməyə hazırlaşırdı. Bura Krımın Rusiya ərazisi kimi tanınması da daxil idi.



Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Ukrayna   London  





Xəbər lenti