Təyyarə qəzası ilə əlaqədar məsələlər dövlət başçısının nəzarəti altındadır

   Təyyarə qəzası ilə əlaqədar məsələlər dövlət başçısının nəzarəti altındadır
  25 Dekabr 2024    Oxunub:402
Baş vermiş təyyarə qəzası ilə əlaqədar məsələlər Prezident İlham Əliyevin nəzarəti altındadır.
AzVision.az -ın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidmətinin məlumat yayıb. Məlumatda bildirilir ki, dövlət başçısı tərəfindən qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına lazımı tapşırıqlar verilib.

Qeyd edək ki, bu gün AzAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb. Məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau şəhəri yaxınlığında uğrayıb. İlkin məlumata görə, təyyarədə 67 nəfər olub. Sağ qalanların olduğu bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti