O deyib ki, hadisənin səbəblərinin araşdırılması üzrə komissiya ərazidə araşdırmaları davam etdirir.
K. Bozumbayev, həmçinin, qəzanın səbəbləri ilə bağlı versiyaların irəli sürülməsinin erkən olduğunu qeyd edib: “Qəza nəticəsində ölənlər arasında bir uşaq var. Hələlik şəxsiyyətlərin müəyyənləşdirilməsi barədə danışmaq tezdir, çünki bu proses bir qədər vaxt aparacaq. Həmin şəxslərin ailə üzvlərinin və yaxınlarının narahatlığını bölüşürük. Onu da başa düşürük ki, həmin şəxslərin qohumları, yaxınları var. İndidən nəsə deyib onların hisslərinə toxunmağı doğru saymırıq".
Mətbuat konfransında çıxış edən Qazaxıstan Nəqliyyat Prokurorluğunun nümayəndəsi bildirib ki, artıq təyyarənin “qara qutu”su tapılıb.
AzVision.az