Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi artıb

Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi artıb
  19 Fevral 2025    Oxunub:397
Ötən il Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 9 milyon 896,5 min ton olub.
AzVision.az xəbər verir ki , bu barədə Dövlət Statistika Komitəsindən məlumat yayıb.

Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 625,4 min ton və ya 6,7% çoxdur. Belə ki, 2023-cü ildə Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 9 milyon 271,1 min ton təşkil edib.

Qeyd edək ki, 2024-cü ildə nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 33 milyon 258,0 min ton olub. Yüklərin 15 milyon 277,6 min tonu və ya 46,0 faizi dəmir yolu nəqliyyatı, 10 milyon 90,0 min tonu və ya 30,3 faizi avtomobil nəqliyyatı, 7 milyon 890,4 min tonu və ya 23,7 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhlizlər vasitəsilə daşınmış yüklərin 56,6 faizini və ya 18 milyon 840 min tonunu tranzit yüklər təşkil edib.

AzVision.az



Teqlər:





Xəbər lenti