"YAŞAT" Fondu tərəfindən dəstək tədbirləri davam edir

"YAŞAT" Fondu tərəfindən dəstək tədbirləri davam edir
  20 Fevral 2025    Oxunub:388
Şəhid polkovnik-leytenant Sadiq Məmmədov Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
Xocavənd döyüşləri zamanı şəhid olub. Üç övladı yadigar qalıb. Övladları Səbinə və Sənan 2023 və 2024-cü illərdə buraxılış imtahanlarında yüksək nəticə ilə fərqləniblər.

Bu nəticəyə görə “YAŞAT” Fondunun Almaniya və Böyük Britaniyada təşkil etdiyi yay məktəblərində iştirak ediblər.




AzVision.az



Teqlər:





Xəbər lenti