Dövlət Komitəsində kollegiya iclası keçirildi

Vurğulanıb ki, dövlət başçısı icrasını şəxsən nəzarətdə saxladığı bərpa-quruculuq işlərinin gedişi ilə tanış olmaq üçün Qarabağa və Şərqi Zəngəzura səfərlər edir. Bu səfərlərdə və doğma yurda qayıdan keçmiş məcburi köçkünlərlə görüşlərdə Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı böyük rəğbət doğurur.
Kollegiya iclasında Böyük Qayıdış proqramı çərçivəsində köçürülmə prosesinin təşkili, məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması, Dövlət Komitəsinin regional bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, icra intizamı, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin istismar vəziyyəti və digər məsələlər müzakirə olunub.
Müvafiq struktur bölmələrinin rəhbərlərinin məruzələri dinlənilib, iradlar, rəy və təkliflər səsləndirilib. Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkə rəhbərinin tapşırıqlarının və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün daha böyük məsuliyyətlə çalışmağın vacibliyini vurğulayıb. Qeyd edilib ki, Dövlət Komitəsinin fəaliyyət istiqamətləri, eləcə də Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə tədbirlərin vaxtında və dəqiqliklə yerinə yetirilməsi təmin olunmalıdır.
Kollegiyada müzakirə edilən məsələlər üzrə müvafiq qərarlar qəbul olunub və tapşırıqlar verilib.
AzVision.az
Teqlər: