Prezident Hulusi Akarı qəbul edib

 Prezident Hulusi Akarı qəbul edib
  21 Fevral 2025    Oxunub:401
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarı qəbul edib.
AzVision.az xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi məmnunluqla qeyd olunub.

Hulusi Akar dövlət başçısına xatirə hədiyyəsi təqdim edib.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti