Azərbaycan Qazaxıstandakı turizm sərgisində iştirak edəcək

KİTF Mərkəzi Asiyanın ən əhəmiyyətli turizm yarmarkalarından biridir və hər il keçirilir. Sərgidə həm yerli, həm də beynəlxalq iştirakçılar turizmlə bağlı məhsul və xidmətlərini təqdim edir.
Yarmarka turizm şirkətləri, turoperatorlar, mehmanxanaçılar, aviaşirkətlər və sənayenin digər maraqlı tərəfləri arasında şəbəkələşmə, biznesin inkişafı və biliklərin ötürülməsi üçün platforma təqdim edir.
AzVision.az
Teqlər: