Azərbaycanda rekord şaxta nə vaxt olub?

 Azərbaycanda  rekord şaxta  nə vaxt olub?
  21 Fevral 2025    Oxunub:579
Son 40 il ərzində fevral ayında ən aşaĝı temperatur 2012-ci ildə qeydə alınıb və fevral ayının 1-dən başlayan şaxtalı hava şəraiti 13 gün davam edib.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. Onun sözlərinə görə, 2012-ci il fevral ayının 1-dən başlayan şaxtalı hava şəraiti 13 gün davam edib:

"Havanın minimal temperaturu fevralın 8-də Bakıda mənfi 11 dərəcə olub, bununla da 1969-cu ilin 9-10 fevral rekordu (9.6 dərəcə şaxta) yenilənib".

Xidmət rəisi qeyd edib ki, 2014-cü ilin fevralında isə şaxtalı dövr 8 gün davam edib və ən aşağı temperatur mənfi 7.6 dərəcə olub:

“Sonraki illərdə havanın minimal temperaturu 2021-ci ildə 5,5, 2017-ci ildə 3,4, 2023-cü ildə 3,1, 2024-cü ildə 2,8 dərəcə şaxta qeydə alınıb. Lakin qeyd olunan illərdə Bakıda və Abşeron yarımadasında şaxtalı dövrün davamiyyəti 1-3 gün olub. Bu il isə fevralın 20-dən başlayan şaxtalı hava şəraiti bir neçə gün davam edəcək”.


Teqlər:





Xəbər lenti