Qatarlar qrafik üzrə hərəkətini davam etdirir - ADY

   Qatarlar qrafik üzrə hərəkətini davam etdirir -    ADY
  21 Fevral 2025    Oxunub:374
Qarlı-çovğunlu hava şəraitinə baxmayaraq, qatarlar qrafik üzrə hərəkətini davam etdirir.
AzVision.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.

"Hava şəraiti, xüsusilə yağıntının miqdarı və küləyin gücü nəzərə alınaraq, qatarların sürət həddi təhlükəsiz hərəkəti təmin edəcək şəkildə tənzimlənir.



Bu səbəbdən qatarların qrafikində qismən kənara çıxma halları müşahidə oluna bilər.

Sərnişinlərə anlayışları üçün təşəkkür edir, rahat və təhlükəsiz səfərlər diləyirik", - deyə ADY-dən bildirilib.

AzVision.az





Teqlər:





Xəbər lenti