Prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanını təbrik edib

   Prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanını təbrik edib
  23 Fevral 2025    Oxunub:467
Prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiaha təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:

"Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Bruneyi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xoş ənənələrə malik əlaqələrimizin həm ikitərəfli əsasda, həm də çoxtərəfli müstəvidə inkişafı, əməkdaşlığımızın genişləndirilməsi bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm".
AzVision.az


Teqlər:





Xəbər lenti