Çin Tayvan yaxınlığında hərbi iştirakını gücləndirir

Çin Tayvan yaxınlığında hərbi iştirakını gücləndirir
  22 Mart 2025    Oxunub:914
Son 24 saat ərzində Çinin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinə məxsus 47 təyyarəsi Tayvana yaxınlaşıb.
AzVision.az xəbər verir ki, Tayvan hərbçiləri belə məlumat yayıblar.

“47 təyyarədən 41-i median xətti keçərək Tayvanın şimal, cənub-qərb və şərq hava hücumundan müdafiə zonalarına daxil olub. Adanın yaxınlığında yeddi Çin döyüş gəmisi də müşahidə edilib. Onların Tayvana yaxınlaşması barədə məlumat yerli vaxtla saat 6:00-dan əvvəl (Bakı vaxtı ilə 2:00) daxil olub”, - Tayvanın Müdafiə nazirliyinin “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada deyilir.

Qeyd edək ki, bundan əvvəl martın 18-də Tayvan hərbçiləri adanın yaxınlığında 59 Çin təyyarəsini aşkar edildiyini bildirmişdilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Çin   Tayvan   təyyarələr  





Xəbər lenti