İsrail Livana zərbələr endirir

“Bu səhər İsrailə raket hücumuna cavab olaraq, baş nazir Binyamin Netanyahu və Müdafiə naziri İsrael Kats ÇAXAL-a Livandakı onlarla terrorçu hədəfə qarşı qətiyyətlə hərəkətə keçməyi əmr ediblər”, - məlumatda bildirilir.
Baş nazirin dəftərxanası baş verənlərə görə Livan hakimiyyətini günahlandırıb.
Bu bəyanatla eyni vaxtda İsrail ordusu Livanın cənubundakı “Hizbullah” hədəflərinə silsilə hücumlara başladığını bildirib.
Bundan bir neçə saat əvvəl İsrail hərbçiləri ən azı üç atılmış mərmini məhv edərək 2024-cü ilin noyabrından bəri ilk dəfə olaraq ölkənin şimal bölgələrinin atəşə tutulduğunu qeydə alıblar. Atəş Livan ərazisindən gəlib. Hadisədə Livan hökumətini günahlandıran İsrailin Müdafiə naziri Kats orduya cavab zərbəsi endirməyi əmr etdiyini açıqlayıb.
Livan prezidenti general Cozef Aun, öz növbəsində, ölkəsini cənub sərhəddində yeni hərbi eskalasiyaya cəlb etmək cəhdlərini pisləyərək, İsrail ərazisinin atəşə tutulması hadisəsinin araşdırılmasını tələb edib. O, eyni zamanda, ordu komandanı general Rudolf Heykala mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyi tapşırıb.
Sahil İsgəndərov
AzVision.az