İstanbul meri və iki bələdiyyə sədri vəzifələrindən uzaqlaşdırılıblar

Bildirilib ki, Əkrəm İmamoğlu Konstitusiyanın 127-ci maddəsi və 5393 saylı Bələdiyyə Qanununun 47-ci maddəsinə əsasən Daxili İşlər Nazirliyi tərəfindən vəzifəsindən kənarlaşdırılıb. Qərar müvəqqəti xarakter daşıyır və qeyd olunan şəxslər barəsində aparılan istintaq müddətini əhatə edir.
Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı korrupsiya və terror araşdırması ilə bağlı aparılan məhkəmə prosesi başa çatıb. Məhkəmə aralarında İBB sədri Əkrəm İmamoğlu da olmaqla 18 nəfərin həbsinə qərar verib.
AzVision.az
Teqlər: