Mask Trampın Kiyevə xəyanətinə dair ittihama cavab verib

   Mask Trampın Kiyevə xəyanətinə dair ittihama cavab verib
  24 Mart 2025    Oxunub:1149
Amerikalı milyarder İlon Mask X sosial şəbəkəsindəki səhifəsində diqqət çəkən paylaşım edib.
AzVision.az xəbər verir ki, o, ABŞ prezidenti Donald Trampı Ukraynaya xəyanətdə ittiham edən istifadəçilərdən birinin paylaşımına cavab verib.

Mask bir gündə 29 milyard dollar itirdi - FOTO
Mask yazıb ki, indiki halda ABŞ və Ukrayna üçün düzgün seçim yalnız sülhdür: “Biz bir neçə ildən sonra geriyə baxacağıq və sülhün Ukrayna və Amerika üçün düzgün seçim olduğunu anlayacağıq. Mənim sözlərimi yaxşı yadınızda saxlayın...".

Qeyd edək ki, Donald Tramp ABŞ prezidenti seçiləndən sonra Ukrayna müharibəsinin dayandırılması istiqamətində bir sıra addımlar atılıb. Martın 23-də Ər-Riyadda Ukrayna və ABŞ arasında növbəti danışıqlar baş tutub. Ukrayna rəsmilərinin verdiyi məlumata görə, müzakirələrdə enerji obyektlərinin və infrastrukturun təhlükəsizliyinə dair təkliflər səsləndirilib. Ukrayna prezidenti Volodimir Zelenski isə ABŞ nümayəndələri ilə aparılan danışıqları “olduqca faydalı” adlandırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Mask   Tramp   Ukrayna  





Xəbər lenti