Şolts hökuməti rəsmi olaraq istefa verib

Şolts hökuməti rəsmi olaraq istefa verib
  25 Mart 2025    Oxunub:984
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer kansler Olaf Şolts və nazirlərə vəzifələrindən azad olunmaları barədə məktubları təqdim edib, onlara fəaliyyətlərinə görə təşəkkür edib.
AzVision.az xəbər verir ki, tədbir Berlindəki “Bellevue” prezident sarayında baş tutub.

Bununla belə, kansler və Almaniya hökumətinin üzvləri Ştaynmayerin tələbi ilə yeni kabinet formalaşana qədər öz vəzifələrini davam etdirəcəklər.

Ştaynmayer çıxışında pandemiyanı, Ukraynadakı münaqişəni, Fələstinin radikal “HƏMAS” hərəkatının İsrailə hücumunu və ondan sonra Qəzzada baş verən müharibəni xatırladıb.

Yeni Bundestaq formalaşdıqdan sonra Almaniya prezidenti parlament üzvlərini bir-biri ilə hörmətli və konstruktiv şəkildə qarşılıqlı fəaliyyət göstərməyə çağırıb: “Biz demokratlar olaraq bütün fikir ayrılıqlarına baxmayaraq dialoqa və kompromislərə açıq qalmalı və bir-birimizə ehtiyatla yanaşmalıyıq”.

AzVision.az



Teqlər:





Xəbər lenti