Tramp: “Avropa və digərləri ABŞ-dən istifadə ediblər”

Tramp Amerika mallarını alan digər ölkələrin tutduqlarına bərabər olacaq gömrük rüsumlarını şərh edib. Bəzi mallara rüsumların tətbiq olunmayacağını deyən ABŞ prezidenti, eyni zamanda, “belə istisnaların çox olmayacağını” vurğulayıb.
“Baxın, 45 ildir ki, biz başqa ölkələr bizi soyublar. Biz həmişə yumşaq və zəif olmuşuq. Hiss olunurdu ki, bizdə nə etdiklərini bilməyən insanlar var. Biz sadəcə olaraq heç kimin görmədiyi şəkildə bir ölkə kimi qarət edildik. Çin də bizimlə oxşar şəkildə davranıb. Dövlət borcunun 36 trilyondan çox olması da bunun nəticəsidir”, - Donal Tramp bildirib.
Onun sözlərinə görə, indi hər şeyi düzəltməyin və “pulun bir hissəsini, bəlkə də çoxunu” qaytarmağın vaxtıdır.
- Biz bunun davam etməsinə icazə verə bilmərik. Bilirsiniz, dost deyilənlər düşməndən də pis olurlar. Avropa İttifaqına (Aİ) baxın görün bu ölkə ilə nə ediblər, onu necə soyublar”, - Donald Tramp gileylənib.
Xatırladaq ki, ötən həftə ABŞ prezidenti onun administrasiyasının bir sıra ölkələrə qarşı qarşılıqlı gömrük rüsumları tətbiq etməyi planlaşdırdığını açıqlayıb: “Bu o deməkdir ki, əgər onlar bizdən tariflər alırlarsa, biz də onlardan tələb edirik, bu çox sadədir”.
Əlavə tariflərin aprelin 2-dən qüvvəyə minəcəyi gözlənilir.
Sahil İsgəndərov
AzVision.az