Azərbaycan Dəməşqdə kimsəsiz uşaqlara iftar verib

   Azərbaycan Dəməşqdə kimsəsiz uşaqlara iftar verib
  28 Mart 2025    Oxunub:999
Suriyanın Dəməşq şəhərində və şəhərin Spena qəsəbəsində Azərbaycan tərəfindən kimsəsiz uşaqlar üçün iftar süfrəsi təşkil edilib.
Bu barədə AzVision.az -a Azərbaycanın Suriyadakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, iftar süfrəsi Azərbaycanın Suriya Ərəb Respublikasındakı Səfirliyinin təşəbbüsü, Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi və Suriyanın “Qadın Xeyriyyə Cəmiyyəti”nin təşkilatçılığı ilə həyata keçirilib.

Suriya Xəbər Agentliyi (Sana), “Vətən” qəzeti və Suriya televiziyasının, eləcə də Türkiyənin TRT və “Anadolu” Agentliyinin nümayəndələrinin iştirakı ilə keçirilmiş xeyriyyə aksiyası zamanı çıxışlar zamanı təşəbbüsə görə Azərbaycana təşəkkür edilib.

Üç gün ərzində keçirilən iftar süfrələrində kimsəsiz uşaqlar üçün müxtəlif əyləncə proqramları təşkil edilib, onlara unudulmaz anlar və əsl bayram ovqatı yaşadılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti