ABŞ İranı təhdid edib

ABŞ İranı təhdid edib
  28 Mart 2025    Oxunub:889
“Əgər ölkənin hakimiyyət orqanları Tehranın nüvə proqramı ilə bağlı Vaşinqtonla razılığa gəlməsə, İranın başına pis bir şey gələ bilər”.
AzVision.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Dövlət başçısı konkret nə baş verə biləcəyini açıqlamayıb: “Bildiyiniz kimi, mən bu yaxınlarda onlara məktub göndərdim ki, siz bu və ya digər şəkildə qərar qəbul etməli olacaqsınız və ya biz bunu danışıb müzakirə etməliyik, ya da İranın başına çox pis bir şey gələcək. Bunun baş verməsini istəmirəm.

Mən bunu gücdən və ya zəiflikdən demirəm, böyük üstünlüküm odur ki, biz İranla bu işdə işləyirik. Amma razılığa gəlməsək, İranın başına pis nəsə gələcək”.

AzVision.az



Teqlər:





Xəbər lenti