Myanma zəlzələsində ölənlərin sayı 1000-i keçdi - VİDEO

Qeyd olunub ki, Myanma hərbi xuntasının lideri baş general Min Aunq Hlaynq Mandalaya gedib. Ona şəhərdəki vəziyyət barədə məlumat verilib. Ona 1002 nəfərin öldüyü, daha 2 min 376 nəfərin yaralandığı bildirilib.
Martın 28-də qeydə alınan güclü təkanlar demək olar ki, bütün ölkə ərazisində dağıntılara səbəb olub. Hadisə şahidlərinin sözlərinə görə, bir çox yaşayış binaları, inzibati binalar və xəstəxanalar uçub.
AzVision.az
Teqlər: Zəlzələ