ABŞ Qrenlandiyanı Rusiyadan müdafiə edəcək

“Bu gün Qrenlandiyaya yeni təhdidlər var - Rusiyanın təcavüzündən tutmuş Çin ekspansiyasına qədər. İndi sülh, təhlükəsizlik və gələcək üçün birlikdə olmağın vaxtıdır. Amerika Qrenlandiyanın tərəfindədir”, - videomaterialda deyilir.
Videoçarx ABŞ-nin vitse-prezidenti Cey Di Vensin adaya səfəri fonunda yayımlanıb. Vens Amerikanın Qrenlandiyada yerləşən “Pituffik” hərbi bazasını ziyarət edib.
- Qrenlandiya xalqı öz müqəddəratını təyin etmək hüququna malik olacaq və Birləşmiş Ştatlar ada sakinlərinin Vaşinqtonla tərəfdaşlığı seçəcəyinə ümid edir. Çünki Birləşmiş Ştatlar dünyada onların suverenliyinə hörmət edən və təhlükəsizliyinə təminat verən yeganə ölkədir”, - ABŞ-nin vitse-prezidenti orada keçirdiyi mətbuat konfransında bildirib.
Bununla belə, Danimarka və Qrenlandiyada tənqidlər fonunda Cey Di Vensin adaya səfəri əvvəl nəzərdə tutulduğundan daha qısa olub. Mənbəyə istinad edən “Axios” portalının yazdığına görə, ev shibləri səfərin qısaldılmasını onların narazılıqlarına cavab və ABŞ tərəfindən müsbət addım kimi qiymətləndiriblər.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: ABŞ Qrenlandiya müdafiə