Fransada azsaylı xalqların nümayəndələri siyasi məhbus həyatı yaşayır

O, bildirib ki, Korsika adasını tam müstəmləkə altına almaq və xalqın azadlıq istəyini boğmaq üçün Fransa ilk növbədə korsikalıların mədəniyyətini və dinini istismar etməyə başladı.
“Bütün vasitələrdən istifadə olundu ki, korsikalılar öz dinlərindən imtina etsinlər. Korsikada yaradılmış “Natsione” hərəkatının 200 nümayəndəsi qanunsuz olaraq həbs edilib. Onlar siyasi məhbuslardır və biz onlara azadlıq tələb edirik. Müasir dövrdə Fransa türmələrində siyasi məhbusların olması rəsmi Parisin çirkin siyasətini aşkar edir. Dünya dövlətlərinə demokratiyadan dərs keçən Fransada hazırda korsikalılardan ibarət 200-dən çox siyasi məhbus var”, - Korsikalı nümayəndə vurğulayıb.
Benedetti Korsikada keçirilən assimilyasiya siyasətinin xalqın ildən-ilə azalmasına səbəb olduğuna diqqət çəkib. Məktəb dərsliklərində və ali məktəblərdə Korsika tarixi, dili, ədəbiyyatı barədə heç bir məlumat verilmir. Korsikalıları fransızlar kimi təqdim edirlər. Lakin onlar Fransanın həyata keçirdiyi müstəmləkəçilik siyasəti ilə heç vaxt barışmayacaqlar.
AzVision.az
Teqlər: Benedetti Korsika Fransa