WSJ: “Kiyev Vaşinqtonun təklifinə razı olmaycaq”

      WSJ:    “Kiyev Vaşinqtonun təklifinə razı olmaycaq”
  29 Mart 2025    Oxunub:936
Ukrayna yəqin ki, Kiyev və Vaşinqton arasında “yeni münaqişə raunduna” səbəb ola biləcək ABŞ ilə resurs sazişinin şərtlərini qəbul etməyəcək.
AzVision.az xəbər verir ki, Amerikanın “The Wall Street Journal (WSJ)” nəşri belə proqnoz dərc edib.

“Problem Ukraynanın, demək olar ki, bu şərtləri qəbul edə bilməyəcəyindədir. Gözləntilərin uyğunsuzluğu ABŞ və Ukraynanı prezident Trampın Kiyevi Rusiya ilə mübarizəsində dəstəkləmək müqabilində əldə edə biləcəyi yeni münaqişə raunduna hazırlayacaq”, - qəzet yazır.

Nəşr xatırladır ki, Donald Trampın fevralın əvvəlində Ukraynanın nadir metalları ilə bağlı açıqlaması Vaşinqtonun Ukraynanın metallar, neft, qaz və digər təbii sərvətlər üzrə iqtisadi layihələrindən, habelə limanlar və boru kəmərləri daxil olmaqla infrastruktur layihələrindən gəlir əldə etmək planına çevrildi.

Dünən Ali Radanın deputatı Aleksey Qonçarenko Ukrayna və ABŞ arasında nadir torpaq ehtiyatlarına dair sazişin Vaşinqtondan Kiyev üçün təhlükəsizlik zəmanətini nəzərdə tutmadığını açıqlayıb. Onun sözlərinə görə, saziş yalnız deklarativ şəkildə tərəfdaşlığı təsdiqləyir, lakin ABŞ-nin Ukraynanı müdafiə etmək öhdəliyi ehtiva olunmur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Ukrayna   müqavilə  





Xəbər lenti