İran BMT-ni Trampın siyasətini psiləməyə çağırıb

   İran BMT-ni Trampın siyasətini psiləməyə çağırıb
  01 Aprel 2025    Oxunub:792
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasını (TŞ) ABŞ prezidenti Donald Trampın Tehrana qarşı təhdidlərini pisləməyə çağırıb.
AzVision.az xəbər verir ki, Əmir Səid İrəvani bu çağırışını ABŞ prezidentinin təhdidlərinin beynəlxalq hüququ pozması ilə əsaslandırıb.

“ABŞ prezidenti 2025-ci ilin yanvarında vəzifəyə başlayandan bəri BMT-nin əsasını qoyduğu beynəlxalq norma və prinsipləri sistematik olaraq gözardı edib və onları pozub. Onun müstəqil dövlətlərə qarşı güc tətbiq etməklə daim hədələməsi beynəlxalq münasibətlərdə təhlükəli presedent yaradır”, - iranlı diplomatın BMT TŞ-yə göndərdiyi məktubda bildirilir.

Onun sözlərinə görə, ABŞ-nin BMT TŞ-nin daimi üzvü kimi BMT Nizamnaməsində nəzərdə tutulmuş öhdəlikləri açıq şəkildə pozması, siyasi və geosiyasi məqsədlərə çatmaq üçün hərbi gücdən məcburiyyət vasitəsi kimi istifadə etməsi xüsusi narahatlıq doğurur.

- Bu baxımdan, İran BMT TŞ-ni beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə üzərinə düşən məsuliyyəti yerinə yetirməyə, ABŞ prezidentinin təhdidlərini beynəlxalq hüququn və BMT Nizamnaməsinin pozulması kimi pisləməyə və Vaşinqtondan beynəlxalq hüquqi öhdəliklərə sadiq qalmasını tələb etməyə çağırır”, - məktubda vurğulanır.

İrəvani həmçinin qeyd edib ki, Tehran ABŞ və ya İsrailin istənilən təcavüzünə tez və sərt cavab vermək hüququnu özündə saxlayır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İran   Tramp   BMT  





Xəbər lenti