ABŞ Yaxın Şərqə hücum təyyarələri göndərir

ABŞ Yaxın Şərqə hücum təyyarələri göndərir
  01 Aprel 2025    Oxunub:831
Pentaqon ABŞ Milli Hava Qvardiyasından bir neçə A-10 hücum təyyarəsini Aydaho ştatından Yaxın Şərqə göndərib.
AzVision.az xəbər verir ki, “Air and Space Forces Magazine” nəşrinin yazdığına görə, təyyarələrlə birgə 300-dən çox amerikalı hərbçi ABŞ Mərkəzi Komandanlığının cavabdehlik zonasına daxil olan bölgəyə gəlib.

“Hücum təyyarələrinin yeni məkana göndərilməsi ABŞ Hərbi Hava Qüvvələri B-2 strateji bombardmançılarının Hind okeanındakı Çaqos arxipelaqındakı Dieqo Qarsiya aviabazasına gəlməsini təsdiqlədikdən qısa müddət sonra həyata keçirilib. Yaxın Şərqə əlavə qüvvələrin köçürülməsi Amerika silahlı qüvvələrinin Yəmən husilərinə qarşı əməliyyata başlaması ilə bağlıdır”, - qəzet bildirir.

Livanın Baş naziri: "Beyruta hücum atəşkəsin pozulmasıdır"
Bununla belə, A-10 hücum təyyarələrinin qarşısında hansı vəzifələrin qoyulacağı barədə məlumat verilməyib.

Qeyd edək ki, martın 28-də “The Daily Telegraph (DT)” qəzeti hərbi mənbəyə istinadən xəbər vermişdi ki, Pentaqonun daha əvvəl adaya gələn üç ağır “gözəgörünməz” təyyarədən başqa, Dieqo Qarsiya aviabazasına daha dörd “B-2 Spirit” strateji bombardmançı təyyarəsi ötürüldüyü bildirilir.

Xatırladaq ki, bu gün İsrailin Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyrut şəhərinin cənubuna aviazərbə endirib. Livanın baş naziri Nəvvaf Səlam bu hücumu BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ     təyyarələr  





Xəbər lenti