Abramyan: “Paşinyanın hakimiyyəti müvəqqətidir”

      Abramyan:    “Paşinyanın hakimiyyəti müvəqqətidir”
  01 Aprel 2025    Oxunub:742
Son aylar Ermənistanla Rusiya arasında münasibətlərdə müəyyən istiləşmə müşahidə olunsa da, Kremlə yaxınlığı ilə seçilən Rusiya Erməniləri İttifaqının rəhbəri, oliqarx və milyarder Ara Abramyan Moskvanın Nikol Paşinyan hakimiyyətinə inanmadığını iddia edir.
AzVision.az xəbər verir ki, Ara Abramyanın sözlərinə görə, geosiyasi dəyişikliklər fonunda, xüsusən də ABŞ-də keçirilən seçkilərdən sonra Rusiya-Ermənistan ikitərəfli dialoqunda müəyyən irəliləyiş əldə olunub. Bunu xüsusilə Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanın Moskvaya son səfəri sübut edir.

Bununla belə, Abrahamyan iddia edir ki, Ermənistan rəhbərliyinin hərəkətlərində ardıcıllıq yoxdur.

“Yalnız bəyanatlar var. Halbuki Ermənistan parlamenti Avropa İttifaqına (Aİ) qoşulma prosesinə başlamaq üçün layihə qəbul edir. Nə baş verdiyi bəlli deyil. Hər şey qeyri-sabitdir. Onlar Paşinyana etibar etmirlər”, - Abramyan əminliklə vurğulayıb.

Ermənistan parlamenti Aİ-yə üzvlüyü dəstəklədi
Abramyanın dediyinə görə, o, Rusiya tərəfi ilə tez-tez əlaqə saxlayır və bu söhbətlərdə Ermənistanda mövcud hakimiyyətin “müvəqqəti fenomen” olduğunu bildirir.

Xatırladaq ki, martın 26-da ikinci yekun oxunuşda Ermənistan parlamentinin deputatları ölkənin Avropa İttifaqına (Aİ) daxil olması prosesinin başlanmasına dair qanun layihəsini qəbul ediblər.

Yeri gəlmişkən, bu gün “Hraparak” qəzetinin yazdığına görə, Gümrüdə və Parakarda keçirilən qalmaqallı yerli seçkilərdən sonra Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda hakim partiyada köklü dəyişikliklər etməyi planlaşdırır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Abramyan   Paşinyan   Moskva  





Xəbər lenti