AzVision.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin “Qaliblərin xatirəsi. Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi” beynəlxalq forumunun açılışında bildirib.
“Dünyada yüz minlərlə insan qəlblərinin çağırışına boyun əyərək “Ölməz alayın” irimiqyaslı yürüşlərində, digər vətənpərvərlik, yaradıcı və məlumat xarakterli layihələrin həyata keçirilməsində iştirak edir”, - Kremlin
saytında siyasətçinin sözlərindən sitat gətirilib.
Rusiya lideri qeyd edib ki, artan nasizm və rusofobiya şəraitində belə birlik və həqiqətə sədaqət nümayiş etdirmək xüsusi əhəmiyyət kəsb edir: "Çünki müharibənin nəticələrinə yenidən baxmaq və Rusiyanın Böyük Vətən Müharibəsindəki rolunu təhrif etmək cəhdləri edilir".
Tural Tağıyev
AzVision.az