Tramp: "Bombardmanlar xoşuma gəlmir"

    Tramp:  "Bombardmanlar xoşuma gəlmir"
  07 Aprel 2025    Oxunub:440
ABŞ prezidenti Donald Tramp Ukraynada atəşkəsin əldə olunmasına dair diqqət çəkən açıqlamalar verib. Siyasətçi Rusiya ilə danışıqların davam etdiyini söyləyib.
Ağ Ev rəhbəri "Air Force One" təyyarəsində jurnalistlərlə söhbəti zamanı deyib ki, hər iki tərəfi müharibəni mümkün qədər tez bitirməyə çağırıb.

Amerikalılar Kanada və Qrenlandiyanın ilhaqına qarşıdırlar - SORĞU
"Biz Rusiya ilə danışıqlar aparırıq. Mənim bombardmandan xoşum gəlmir. Amma bombalama prosesi davam edir və hər həftə minlərlə gənc ölür. Biz bunun dayanmasını istərdik", - ABŞ prezidenti mövcud durumdan gileylənib.

Tramp həmçinin bir daha əvvlki fikrini təkrar edərək deyib ki, əgər o, Baydenin zamanında ABŞ prezidenti olsaydı, Rusiyanın Ukraynaya müdaxiləsi baş verməzdi.

Bundan bir gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Silahlı Qüvvələrinin onun ölkəsinə endirdiyi zərbələrə Qərb ölkələrinin verdiyi reaksiyanı tənqid etmişdi. Siyasətçinin sözlərinə görə, son bir həftə ərzində Rusiya Silahlı Qüvvələri Ukraynaya 1460-dan çox idarə olunan bomba atıb, 670 pilotsuz təyyarə və 30-dan çox müxtəlif raket buraxıb. O, belə hesab edir ki, hazırda Moskvaya təzyiqi azaltmaq olmaz və Kiyevin müttəfiqləri bütün səylərini sülhün əldə olunmasına yönəltməlidirlər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.



Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Tramp  





Xəbər lenti