İranpərəst qüvvələr Trampdan çəkindilər

“Donald Trampın prezidentliyə qayıdışı ilə İraq rəhbərliyinə təzyiqlər kəskin şəkildə artıb. Birləşmiş Ştatlar İraqda iranpərəst qüvvələrin mövcudluğuna dözməyəcəyini açıq şəkildə bəyan edib və onların aradan qaldırılmasında israrlıdır”, - agentlik yazır.
Bunun fonunda İraqın baş naziri Məhəmməd Şia əl-Sudani silahlı qruplaşmaların komandirləri ilə bir sıra danışıqlar aparıb. Mənbələrin sözlərinə görə, bu müzakirələr nəticə verib: “Kətaib Hizbullah”, “Hərəkət ən-Nücəba”, “Kətaib Seyid əl-Şühəda” və “Ənsarullah əl-Aufiya” kimi qruplar silahı yerə qoymağa hazır olduqlarını bildiriblər”.
“Kətaib Hizbullah” qruplaşmasının liderlərindən biri “Reuters” agentliyinə açıqlamasında etiraf edib ki, onlar ABŞ-dən gələn təhdidlərin ciddiliyini başa düşürlər və gərginlik istəmirlər. Onun sözlərinə görə, Trampın qarşıdurmanı yeni səviyyəyə çıxarmaq əzmi onları öz planlarına yenidən baxmağa vadar edir.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: İraq iranpərəstlər Tramp