Ağ Ev rüsumlara fasilə verilməsi ilə bağlı xəbərləri təkzib edib

Ağ Ev rüsumlara fasilə verilməsi ilə bağlı xəbərləri təkzib edib
  07 Aprel 2025    Oxunub:428
“ABŞ prezidenti Donald Trampın idxal rüsumlarına 90 günlük fasilə verməyi nəzərdən keçirməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.”

AzVision.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.

Livitt məsələ ilə bağlı öz “X” hesabında "Saxta xəbərlərdir" deyə açıqlama verib.

Xatırladaq ki, CNBC kanalı Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassettə istinadən ABŞ administrasiyasının Çindən başqa bütün ölkələr üçün idxal rüsumlarına 90 günlük fasilə verməyi nəzərdən keçirdiyi ilə bağlı məlumat yaymışdı.

AzVision.az



Teqlər:





Xəbər lenti