Ukrayna XİN-dən konqresmenə sərt cavab

   Ukrayna XİN-dən konqresmenə sərt cavab
  08 Aprel 2025    Oxunub:782
Ukraynanın Xarici İşlər Nazirliyi (XİN) Viktoriya Spartsın qalmaqallı çağırışına reaksiya verib.
XİN Ukrayna əsilli amerikalı konqresmen Viktoriya Spartsın ukraynalılara ruslar tərəfindən işğal olunmuş ərazilərin itirilməsi ilə barışmağa dair təklifini pisləyib.

Ukraynalı konqresmen: “Ərazilər Rusiyaya verilsin”
Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy "X"də paylaşım edərək deyib: “Viktoriyadan fərqli olaraq, bizim bütün torpaqlarımız həmişə Ukraynaya aid olub və qalacaq”.

Xatırladaq ki, dünən konqresmen “The Telegraph”a müsahibəsində "ukraynalılar işğal olunmuş ərazilərin Rusiyaya verilməsini qəbul etməli və prezident Volodimir Zelenskinin istefasını tələb etməlidir" deyib.

Həmçinin Zelenskini Donald Trampla mübahisəyə görə günahlandıran Viktoriya Sparts, Ukrayna prezidentinin “Amerika liderini təhqir etdiyini” və “xalqına ayı xidməti göstərdiyini” bildirib. O, ukraynalıları gələcək seçkilərdə Zelenskinin əleyhinə səs verməyə çağırıb: “Əgər onu seçsələr, ölkənin qalan hissəsini də itirəcəklər”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   XİN   Konqresmen  





Xəbər lenti