Almaniya sanksiyalar rejiminə riayət edəcək

Almaniya sanksiyalar rejiminə riayət edəcək
  10 Aprel 2025    Oxunub:1137
Almaniyanın yeni hökuməti də Rusiyaya qarşı sanksiyalar rejiminə əməl etmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə “Bild” qəzetinin dərc etdiyi və mühafizəkar Xristian Demokrat İttifaqı (XDİ) və Xristian Sosial İttifaqının (XSİ) yaratdığı blok (XDİ/XSİ) ilə Almaniya Sosial Demokrat Partiyasının (ASDP) razılaşdırdığı koalisiya sazişinin mətnində deyilir.

“Biz milli səviyyədə sanksiyaların effektiv icrasını təmin etməyə davam edəcəyik. Biz Aİ-nin Rusiya və Belarusdan gübrə idxalına rüsum tətbiq etmək planlarını dəstəkləyirik”, - sazişdə deyilir.

Hər üç partiya iddia edir ki, Almaniya üçün ən ciddi və birbaşa təhlükə Rusiyadan gəlir.

Qeyd edək ki, bu gün XDİ/XSİ və ASDP liderləri Almaniyanın yeni hökumətinin işinin əsasını təşkil edəcək koalisiya sazişi haqqında razılığa gəliblər.

Xatırladaq ki, fevralın 23-də Almaniyada Bundestaqa növbədənkənar seçkilər keçirilib. Seçkilərdə XDİ/XSİ 28,5 % səslə qalib gəlib. “Almaniya üçün Alternativ” partiyası tarixində ilk dəfə olaraq 20,8 faizlə ikinci yeri tutub. ASDP isə seçicilərin 16,4 %-nin rəğbətini qazanaraq üçüncü olub.


Teqlər: Almaniya  





Xəbər lenti