Kallas ABŞ-nin Aİ-yə yanaşmasından məyusdur

Kallas ABŞ-nin Aİ-yə yanaşmasından məyusdur
  10 Aprel 2025    Oxunub:631
Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas ABŞ-nin Aİ-ni siyasi qurum kimi o qədər də yüksək qiymətləndirmədiyini ehtimal edir.
AzVision.az xəbər verir ki, bu barədə “ERR” nəşri məlumat yayıb.

“Vəziyyətə Aİ nöqteyi-nəzərindən baxsanız, hətta Aİ liderləri də Donald Tramp administrasiyasının nümayəndələri ilə yüksək səviyyəli görüşlər keçirməyiblər. Bəlkə də ona görə ki, Amerika bir qurum olaraq Aİ-yə o qədər də önəm vermir”, - Kaya Kallas ABŞ-nin Dövlət katibi Marko Rubio ilə niyə indiyədək şəxsi görüş təşkil edə bilməməsi ilə bağlı sualı belə cavablandırıb.

Bununla belə, o, Marko Rubio ilə bir neçə dəfə telefonla danışdığına da diqqət çəkib.

Daha əvvəl Rubionun onunla görüşü ləğv etməsinə toxunan Kallas Brüsselin və Vaşinqtonun müttəfiq olaraq qaldıqlarını vurğulayıb. Lakin, onun iddiasına görə, Avropa öz mövqeyini gücləndirməlidir ki, amerikalılar onu güclü tərəfdaş kimi qəbul etsinlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Kallas   ABŞ   məyusluq  





Xəbər lenti