İsraildə etirazlar: “Qəzzada soyqırımı dayandırın” - VİDEO

      İsraildə etirazlar:    “Qəzzada soyqırımı dayandırın”    - VİDEO
  11 Aprel 2025    Oxunub:596
İsrailin Hayfa şəhərində İsrailin Qəzzaya davam edən hücumuna qarşı mitinq zamanı müharibə əleyhinə çıxan 23 etirazçı polis tərəfindən həbs olunub.
AzVision.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının rəsmisi nümayişçilərin zabitlərin dağılışmaq çağırışlarına məhəl qoymadıqlarını və “İsrailin Qəzza müharibəsindəki hərəkətlərinə qarşı əllərində plakatlar tutduqlarını və şüarlar səsləndirdiklərini” bildirib.

Sosial mediada yayımlanan videoda nümayişçilərin kiçik bir qrupunun əllərində ivrit, ərəb və ingilis dillərində “Humanitar yardımları bombalamağı dayandırın” “Soyqırımı dayandırın” çağırışları da daxil olmaqla lövhələr tutduğu əks olunub.

Etiraz aksiyasının qeyri-qanuni elan olunmasından bir neçə dəqiqə sonra polis etirazçıların plakatlarını qopararaq, izdihamdan bir neçə nəfəri zorla həbs edib.




Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   Qəzza   etirazlar  





Xəbər lenti