Böyük Britaniya şahzadəsi qəfil Ukraynaya gedib

Böyük Britaniya şahzadəsi qəfil Ukraynaya gedib
  11 Aprel 2025    Oxunub:705
Böyük Britaniyanın kralı III Karlın oğlu şahzadə Harri Ukraynaya səfər edib.
“The Telegraph” nəşrinə istinadən bildirir ki, səfərinin əvvəlcədən anonsu verilməyən şahzadə, Sasseksk hersoqu Harri Lvov şəhərində yaralı ukraynalı hərbçilərin müalicə olunduğu klinikaya baş çəkib.

Xatırladaq ki, şahzadə Harri Böyük Britaniyanın kral ailəsinin üzvü kimi öz vəzifələrini rəsmi şəkildə yerinə yetirməyi dayandırmasına və ailəsi ilə birlikdə ABŞ-yə köçməsinə baxmayaraq, bütün dünyada xeyriyyə layihələrini fəal şəkildə dəstəkləməyə davam edir.

2014-cü ildən şahzadə Harrinin təşəbbüsü ilə xidmət zamanı yaralanmış və ya əlil olmuş hərbi qulluqçular üçün Paralimpiya Oyunlarının analoqu sayıla bilən “İnvictus Oyunları” keçirilir.



Sahil İsgəndərov



Teqlər: Şahzadə   Harri   Ukrayna  





Xəbər lenti