Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 105 nəfər saxlanılıb

   Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 105 nəfər saxlanılıb
  11 Aprel 2025    Oxunub:544
Türkiyənin Respublika Baş Prokurorluğu, Jandarma Baş Komandanlığı və Təhlükəsizlik Baş İdarəsi ölkənin 23 vilayətində İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı əməliyyatlar həyata keçirib.
Daxili işlər naziri Əli Yerliqayanın mətbuata verdiyi məlumata görə, əməliyyatlar əsnasında ümumilikə 105 nəfər yaxalanıb. Nazir bildirib ki, onlar sözügedən təşkilatın üzvü olmaqda, təşkilatı maliyyələşdirməkdə və sosial şəbəkədə İŞİD təbliğatı aparmaqda şübhəli bilinirlər.

Şübhəlilərin məskunlaşdıqları ünvanlara baxış keçirilərkən çox sayda təşkilati sənədlər və elektron materiallar aşkarlanaraq götürülüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Türkiyə   antiterror   əməliyyat  





Xəbər lenti