Fransa Ukrayna və Moldovada Rusiyaya qarşı əməliyyatlar planlaşdırır - "Le Figaro"

 Fransa Ukrayna və Moldovada Rusiyaya qarşı əməliyyatlar planlaşdırır    - "Le Figaro"
  11 Aprel 2025    Oxunub:589
Fransa hərbçiləri Rumıniyanın Ukrayna və Moldova ilə sərhədi boyunca ərazilərin xəritələrini hazırlayırlar. Məlum tədbirlər NATO ilə Rusiya arasında mümkün toqquşma ehtimalına görədir.
Bu fikirlər “Le Figaro”da dərc olunan məqalədəndir.

Fransız şirkəti Ukraynada "Starlink"i əvəz edə bilməyəcək - "Politico"
Müəllif iddia edib ki, hələ ötən il Fransa Quru Qoşunlarının 28-ci əlahiddə bölmələrinin hərbçiləri(Ölkədə yeganə hərbi topoqraflar bölməsidir) Rumıniyaya gəliblərmiş. "Le Figaro" yazır ki, xüsusi mütəxəssislər xəritələri yeniləmək, əraziləri yenidən kəşf etmək üçün bəlgəyə cəlb ediliblər.

Hərbçilər Karpat dağlarının ətəkləri ilə Dunay arasındakı dəhliz sayılan "Fokşan qapısı"nın kartoqrafiyasına xüsusi diqqət yetiriblər. Bu yer, NATO-ya görə, Rusiya ordusu tərəfindən hücum üçün əsas məkan kimi istifadə edilə bilər.

Bölmə komandiri, polkovnik Qiyom Şmidt qeyd edib ki, döyüş şəraitində ordu hətta peyk siqnalları kəsilsə belə, əməliyyatları davam etdirməyə hazır olmalıdır.

"Müttəfiqlərə gözlənilən döyüş sahələri haqqında yenilənmiş məlumatlar lazım idi",- fransız polkovnik xəritələrlə bağlı məsələyə aydınlıq gətirib.

“Le Figaro” qeyd edib ki, Fransa hərbi topoqrafları ilə Rumıniyanın Milli Kartoqrafiya Agentliyinin birgə işinin nəticəsində ərazinin daha dəqiq olan ərazinin üçölçülü xəritəsi ərsəyə gəlib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Fransa   Ukrayna   Moldova   Xəritə   Rusiya  





Xəbər lenti