BMT: "Qəzzada ölənlər əsasən qadınlar və uşaqlardır"

      BMT:    "Qəzzada ölənlər əsasən qadınlar və uşaqlardır"
  11 Aprel 2025    Oxunub:581
"Qəzza zolağında aparılan hərbi əməliyyatların mülki əhaliyə təsirini pisləyir, ölənlərin əksəriyyətinin qadınlar və uşaqlar olduğunu diqqətə çatdırır".
Bu ifadələr BMT-nin İnsan Hüquqları Ofisinin yaydığı bəyanatda vurğulanır. Bildirilir ki, martın 18-dən aprelin 9-dək həyata keçirilən hava hücumlarının 224-ü məcburi köçkünlərin məskunlaşdıqları düşərgələrə tuşlanıb.

"Təsdiqlənən məlumata əsasən, bu hücumlardan 36-da indiyədək qeydə alınan ölənlər yalnız qadınlar və uşaqlardır", - bəyanatda deyilir.

Digər tərəfdən, İsrail Ordusu mütəmadi bildirir ki, hərbçilər mülki ölümləri ən aza endirməyə çalışsa da, Fələstinin HƏMAS qruplaşması evlər, xəstəxanalar, məktəblər və məscidləri öz qərargahına çevirir, Qəzza əhalisindən canlı qalxan kimi faydalanır.
Uşaq bağçasının altında tunel tapılıb - VİDEO

Xatırladaq ki, aprelin 2-də İsrailin müdafiə naziri İsrael Kats orduya Qəzza zolağında hərbi əməliyyatları genişləndirməklə əlaqədar göstəriş verib. Əməliyyatın məqsədi ərazinin HƏMAS terrorçularından və terror infrastrukturundan təmizlənməsidir. Əmrə əsasən, İsrail Silahlı Qüvvələrinin Qəzza zolağında son günlər artan hərbi əməliyyatları çərçivəsində HƏMAS-ın bir sıra rəhbər şəxsi aradan götürülüb. Axırıncı hücumların birində qruplaşmanın "Nüxbə" adlı xüsusi qoşununun komandir müavini də öldürülüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   HƏMAS   müharibə   qurbanlar  





Xəbər lenti