Blinken ABŞ-nin Zelenski ilə bağlı “sirr”ini açıb - VİDEO

   Blinken ABŞ-nin Zelenski ilə bağlı “sirr”ini açıb    - VİDEO
  11 Aprel 2025    Oxunub:507
ABŞ-nin keçmiş prezidenti Co Bayden administrasiyası ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında fikir ayrılıqları olub. Lakin bu fikir ayrılıqları ictimaiyyətə açıqlanmayıb.
AzVision.az xəbər verir ki, ABŞ-nin keçmiş Dövlət katibi Antoni Blinken “CNBC” telekanalına müsahibəsində belə deyib.

“Ukraynalı tərəfdaşlarımızla, o cümlədən Zelenski ilə hər hansı fikir ayrılığımız olubmu? Şözsüz. Bu, baş verən zaman biz onu açıq şəkildə nümayiş etdirmişikmi? Xeyr”, - Blinken etiraf edib.

Blinkenin səsi çıxdı: Trampa məsləhət verir - VİDEO
Sabiq Dövlət katibinin sözlərinə görə, Co Baydenin prezidentliyi dövründə də Zelenski özü hərbi yardım müqabilində ABŞ-yə ölkəsinin mineral ehtiyatları ilə bağlı sövdələşmə təklif edib.

- Hakimiyyətdə olduğumuz son altı ayda Zelenskinin bizə təklif etdiyi yardım paketi nadir torpaq metalları sahəsində bizimlə əməkdaşlığı nəzərdə tuturdu. Ukraynanın mineral ehtiyatlarının yardım əvəzində ABŞ-yə mübadiləsini ədalətli sayıram”, - sabiq amerikalı məmur bildirib.

Xatırladaq ki, elə bu müsahibəsində Antoni Blinken indiki prezident Donald Trampın rəhbərliyi altında ABŞ-nin yeni administrasiyasının siyasətini tənqid edərək, idxala nəzarətin gücləndirilməsinin ölkəni təcrid vəziyyətinə saldığını söyləyib. Onun fikrincə, Trampın hərəkətləri ABŞ-ni tənhalığa məhkum edir.


Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Blinken   Zelenski  





Xəbər lenti