İranlılar amerikalılarla görüşü gözləyirlər - VİDEO

 İranlılar amerikalılarla görüşü gözləyirlər  - VİDEO
  12 Aprel 2025    Oxunub:504
İranın Xarici İşlər naziri Abbas Əraqçının başçılıq etdiyi nümayəndə heyəti ABŞ ilə dolayı danışıqlar aparmaq üçün Omana gəlib.
AzVision.az xəbər verir ki, bu ay ABŞ və İran Tehranın nüvə proqramı ilə bağlı danışıqlara hazırlığa başlayıb. Aprelin 7-də ABŞ prezidenti Donald Tramp məsləhətləşmələrin keçiriləcəyini elan edərək, danışıqların aprelin 12-də Omanda keçiriləcəyini bildirib.

İran nümayəndə heyətinə Xarici İşlər naziri Abbas Əraqçı, Amerika nümayəndə heyətinə isə Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff başçılıq edir. Danışıqların tərəflər arasında birbaşa təmaslar olmadan, Oman nümayəndələrinin vasitəsilə dolayı yolla aparılması planlaşdırılır.

Yeni nüvə sazişinin imzalanmasına çalışan Tramp, İranın bundan imtina edəcəyi halda, Tehranı hava zərbələri və yeni sanksiyalarla hədələyir. Nüvə proqramını inkişaf etdirmiş İran da, öz növbəsində, 2015-ci ilin nüvə sazişinin (JCPOA) şərtlərinə qayıtmayacağını açıqlayıb.

Xatırladaq ki, mart ayında Tramp İranın Ali dini lideri Əli Xamneyiyə danışıqlara çağıran məktub göndərərək, buna razılaşmayacağı təqdirə hərbi nəticələrin olacağı barədə xəbərdarlıq etmişdi. Yalnız vasitəçilərin iştirakı ilə dialoqun mümkünlüyünü gündəmə gətirən İran prezidenti Məsud Pezeşkian, öz növbəsində, təzyiq altında birbaşa danışıqları istisna edib.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   İran   danışıqlar  





Xəbər lenti