Tramp “60 dəqiqə” verilişinin bağlanmasını istəyir

   Tramp “60 dəqiqə” verilişinin bağlanmasını istəyir
  14 Aprel 2025    Oxunub:982
ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə müsahibədən sonra Amerikanın “CBS” telekanalında yayımlanan “60 dəqiqə” proqramının lisenziyasını ləğv etməyə çağırıb.
AzVision.az xəbər verir ki, bununla bağlı ABŞ prezidenti özünün “Truth Social” şəbəkəsində paylaşım edib.

“Onlar xəbər şousu deyillər, onlar sadəcə olaraq xəbər altında maskalanmış vicdansız siyasi xadimdirlər və etdiklərinə görə cavab verməlidirlər”, - Donald Tramp yazıb.

Zelenski Rusiya ilə danışıqların əleyhinədir
Ağ Ev rəhbərinin reaksiyası Volodimir Zelenski ilə müsahibənin yayımından sonra olub. Müsahibədə Rusiya ilə danışıqlara qarşı çıxan Ukrayna prezidenti Vaşinqtonu Moskvanın mövqeyinə oxşar fikirlərə malik olmaqda ittiham edib.

Verilişdən sonra Tramp Zelenskinin adını çəkməsə də, yayımı tənqid edərək, bu buraxılışın bütün əvvəlkiləri üstələdiyini vurğulayıb.

Xatırladaq ki, sözügedən verilişdə Volodimir Zelenski, həmçinin amerikalı həmkarı Donald Tramp Ukraynaya dəvət edib. Onun fikrincə, məhz Kiyevə səfərindən sonra Tramp Rusiyanın Ukraynada nələr törətdiyini başa düşəcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp  





Xəbər lenti