![]() |
MN: Ermənistan silahlı təxribatlarını dezinformasiya ilə gizlətməyə çalışır |
Media nümayəndələri dərhal siyasətçinin üzərinə gedərək deyiblər: "O zaman belə çıxır ki, kənd camaatı yalan danışır?". Deputat cavab verməyərək kabinetinə daxil olub.
Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi bu gün növbəti dəfə dezinformasiya yayıb. Nazirlik iddia edib ki, guya Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Sünikin (Zəngəzur – red.) Xnatsax qəsəbəsi istiqamətində atəş açıblar. Nəticədə kəndin mədəniyyət mərkəzinə ziyan dəyib.
Müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan da deputat kimi nazirliyin dezinformasiya siyasətini ifşa edib. O, özünün Facebook səhifəsində yazıb: "Nazirlik əvvəlcə bəyan etdi ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Xnatsax qəsəbəsi istiqamətində atəş açaraq kəndin mədəniyyət mərkəzinə ziyan vurublar. Daha sonra müdafiə nazirinin müavini Arman Sarkisyan bildirdi ki, “atışmalar bəzən az olur, lakin hansısa mövqe hədəfə alınmır. Bu, nə cür məntiqdir axı?".
O, ölkəsinin ziddiyyətli bəyanatlarının inandırıcı olmadığına eyham vurub.
Tural Tağıyev
AzVision.az