Pekin “anti-Tramp koalisiyası” yaradır

   Pekin “anti-Tramp koalisiyası” yaradır
  14 Aprel 2025    Oxunub:937
Dövlət məmurlarını “müharibə relslərinə” keçirən Çin hakimiyyəti diplomatlara digər ölkələri ABŞ prezidenti Donald Trampın tariflərinə qarşı çıxmağa inandırmaq tapşırığı verib.
AzVision.az xəbər verir ki, bir neçə mənbəyə istinad edən “Reuters” agentliyinin yazdığına görə, Çin son bir neçə ay ərzində ticarət müharibəsində gərginlikdən qaçmağa çalışıb. Diplomatlar Tramp administrasiyasının yüksək vəzifəli məmurları ilə ünsiyyət kanalı yaratmağa cəhd göstəriblər. Bəziləri isə ticarət sövdələşməsinə, TikTok-un satışının tamamlanmasına və hətta Tayvanla bağlı saişin bağlanmasına ümid edirdi.

Lakin Ağ Evin elan etdiyi tariflər 145%-ə yüksəldikdən sonra, Pekin cavab tədbirləri görməyə qərar verdi.

“Xarici İşlər və Ticarət nazirliklərinin rəsmilərinə planlaşdırılan bayram günlərini ləğv etmək və mobil telefonlarını 24 saat açıq saxlamaq əmri verilib. Çin, Trampın tariflər tətbiq etdiyi digər ölkələrlə əlaqə saxlayır, o cümlədən əməkdaşlığa çağıran məktublar göndərir. Mənbələrdən ikisi bildirib ki, Pekin ABŞ-nin Avropa, Yaponiya və Cənubi Koreyadakı müttəfiqləri ilə də əlaqə saxlayıb”, - agentlik bildirir.

Mənbələrin sözlərinə görə, Çin hakimiyyəti hökumət rəsmilərinə Amerika respublikaçılarının siyasətini öyrənməyi və tədricən sərtləşdirilə bilən əks tədbirlər təklif etməyi tapşırıb. Nəticədə, Çin ABŞ mallarına tarifləri (125%), 60-a yaxın Amerika şirkətinə məhdudiyyətləri və nadir torpaq metallarının ixracını sərtləşdirməyi özündə əks etdirən cavab strategiyası hazırlayıb.

Bu qarşıdurma fonunda aprelin 14-də Vyeütnama gələn Çinin sədri Si Cinpinin daha sonra Malayziya və Kambocaya səfər etməyi planlaşdırması sıradan hadisəyə bənzəmir. “Bloomberg” agentliyi, öz növbəsində, bunun Si Cinpinin 2025-ci ildə ilk xarici səfəri olduğunu və Pekinin regiondakı təsirini göstərmək məqsədi daşıdığını vurğulayıb.

- Mən bunu Sinin ticarət müharibəsində ABŞ-yə müqavimət göstərmək üçün ittifaqlar yaratmaq cəhdi kimi qiymətləndirərdim”, - agentliyə açıqlamasında Toronto Universitetinin eksperti və professoru, çinşünas Linett Onq agentliyə açıqlamasında deyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Çin   ABŞ   koalisiya  





Xəbər lenti