Qəzzada daha bir HƏMAS komandiri öldürülüb

   Qəzzada daha bir HƏMAS komandiri öldürülüb
  16 Aprel 2025    Oxunub:392
İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağına gecə saatlarında aviazərbəsi nəticəsində Fələstinin iranyönümlü HƏMAS qruplaşmasının ali rütbəli komandiri Mahmud İbrahim Həsən Əbu Hisirə zərərsizləşdirilib.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti və daxili təhlükəsizlik xidməti "Şin-Bet" birgə məlumat yayıblar. Bildirilir ki, Əbu Hisirə 2023-cü ilin 7 oktyabrında hücumda və müharibə ərzində HƏMAS-ın Qəzza briqadasının komandiri İzzəddin Həddadın sağ əli idi.

O həmçinin 28 iyul 2014-cü ildə digər terrorçularla birlikdə Qəzzadan tunel vasitəsilə İsrail ərazisinə soxularaq hərbi posta hücum çəkmiş, 5 əsgəri öldürmüşdü.
HƏMAS komandirinin öldüyü təsdiqlənib

Xatırladaq ki, aprelin 2-də İsrailin müdafiə naziri İsrael Kats orduya Qəzza zolağında hərbi əməliyyatları genişləndirməklə əlaqədar göstəriş verib. Əməliyyatın məqsədi ərazinin HƏMAS terrorçularından və terror infrastrukturundan təmizlənməsidir. Əmrə əsasən, İsrail Silahlı Qüvvələrinin Qəzza zolağında son günlər artan hərbi əməliyyatları çərçivəsində HƏMAS-ın bir sıra rəhbər şəxsi aradan götürülüb. Axırıncı hücumların birində qruplaşmanın "Nüxbə" adlı xüsusi qoşununun komandir müavini də öldürülüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   HƏMAS   müharibə   komandir  





Xəbər lenti